Modern.az

Babamın Şuşadakı evini ermənilər tamamilə dağıtmışdı 

Babamın Şuşadakı evini ermənilər tamamilə dağıtmışdı 

Aktual

21 May 2026, 13:12

Şuşanın işğal dövründə dağıdılan tarixi və yaşayış obyektlərinin münaqişələrin şəhərlərə təsirinin acı nümunəsi olduğu bildirilib.

Modern.az xəbər verir ki, bunu  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində  “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı müzakirədə deyib.

“Ailəm Şuşadandır. Babamın Şuşada evi var idi. Həmin ev 1930-cu illərdə sovet hakimiyyəti tərəfindən müsadirə edilərək yetimlər üçün internat kimi istifadə olunurdu. Ermənistanın işğalı dövründə isə ev tamamilə dağıdılıb. Müharibədən sonra Şuşaya gedəndə yalnız daş qalıqlarını gördüm" - o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...