Modern.az

Ukrayna müharibəsi tikinti materiallarının qiymətinə təsir göstərib

Ukrayna müharibəsi tikinti materiallarının qiymətinə təsir göstərib

Aktual

Bu gün, 13:24

Yaxın Şərq və regionda davam edən hərbi qarşıdurmaların Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma layihələrinin maya dəyərinə ciddi təsir göstərdiyi bildirilib.

Modern.az xəbər verir ki, bunu Fərid Şəfiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı müzakirədə deyib.

Onun sözlərinə görə, hərbi qarşıdurmalar yaxın zamanda başa çatmasa və qeyri-müəyyənlik davam etsə, tikinti xərcləri daha da yüksələcək.

Fərid Şəfiyev qeyd edib ki, yüksək tikinti xərcləri məcburi köçkünlərin Qarabağa qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramının icrasını da ləngidə bilər:

“Azərbaycan ilkin mərhələdə təxminən 140 min keçmiş sakinin geri qaytarılmasını planlaşdırır. Lakin inflyasiya təzyiqləri, minalardan təmizləmə xərcləri və təchizat zəncirində yaranan problemlər yaşayış və infrastruktur layihələrinə mənfi təsir göstərir”.

O əlavə edib ki, Azərbaycanda tikinti materiallarının qiymətləri sürətlə artır:

“2026-cı ilin əvvəlində ümumi istehsal xərcləri əvvəlki illə müqayisədə təxminən 39,3 faiz yüksəlib. Bu artıma Rusiya-Ukrayna müharibəsi də təsir edib. Azərbaycan ənənəvi olaraq ağac, dəmir, polad və sement kimi müəyyən tikinti materiallarını həmin ölkələrdən idxal edir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı