“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycanın artilleriyaçılardan ibarət komandası Qazaxıstana yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, müsabiqə Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.