Modern.az

Sürücülərin DİQQƏTİNƏ: Təmir işləri aparılır

Sürücülərin DİQQƏTİNƏ: Təmir işləri aparılır

Aktual

25 İyul 2018, 14:48

Bakı-Dairəvi avtomobil yolunda bu gün saat 14:00-dan axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı