Modern.az

İntiqam Babayev Rusiyalı gənclərlə görüşdü

İntiqam Babayev Rusiyalı gənclərlə görüşdü

Aktual

27 İyul 2018, 21:05

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşüb.

Nazirliyin məbuat katibi Səmayə Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib. Nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər.

 

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı