Modern.az

Zaqatalada itkin düşən çobanın meyiti ailəsinə təhvil verilib

Zaqatalada itkin düşən çobanın meyiti ailəsinə təhvil verilib

Aktual

28 İyul 2018, 12:59

Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

Qeyd edək ki, ötən gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı