Modern.az

Bakı-Sumqayıt yolu sabah açılacaq

Bakı-Sumqayıt yolu sabah açılacaq

Aktual

28 İyul 2018, 22:27

Bakı-Sumqayıt yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq edilən məhdudiyyət sabah aradan qaldırılacaq. Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumata görə, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar iyulun 29-u səhər 05:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Sözügedən ərazidə görülən işlər axşam saatlarında başa çatdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı