Türkiyənin şimal-qərbində qayıq aşıb, hadisə nəticəsində altı nəfər həlak olub.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, hadisə Egey dənizində Çıplak adasının yaxınlığında baş verib. Qayığın göyərtəsində isə 16 nəfər olub. Daha bir nəfər itkin düşdüyü bildirilir.
Məlumata görə, ölənlərdən üçü uşaqdır.