Soçidə şəxsi mehmanxanada baş vermiş yanğında ölənlərin sayı artıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanmış evin dağıntıları altından daha 2 nəfərin cəsədi aşkarlanıb.
Və beləliklə iyulun 30-da mehmanxanada baş vermiş yanğında ölənlərin sayı 10 nəfərə çatıb.
Qeyd edək ki, Ermənistan mətbuatında bu yanğında ölənlərin əksəriyyətinin erməni millətinin nümayəndəsi olduğu bildirilir.
Əvəz ZEYNALOV