Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki avtomagistralda sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.