Modern.az

Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı

Avropa İttifaqı Prezidentin əfv sərəncamını alqışladı

Aktual

17 Mart 2019, 20:59

Avropa İttifaqı (Aİ) prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatları üzvləri, bloqqer və jurnalistlər də daxil olmaqla 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında bildirilib.

 

Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də analoji addımlar atacağını gözləyir:

 

“Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı, eyni zamanda bu əlaqələrdə mühüm element sayılan insan haqları  sahəsində münasibətləri inkişaf etdirmək üçün Azərbaycanla işləməyə davam edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı