Modern.az

Bakıda avtomobil piyadanı vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub öldürdü

Güncel

12 Fevral 2020, 19:41

Paytaxtın Nizami rayonunun ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami rayonunun ərazisində, H.Əliyev prospektində yolu keçən paytaxt sakini Raqub Yusifov Bakı şəhər sakini M.Novruzov idarə etdiyi “Ford” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı