“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus avadanlıq oğurlanıb.
Modern.az xəbər verir ki, hadisə fevralın 29-da qeydə alınıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı Yük Limanının ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 360 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Səmədov və N.Əhmədov saxlanılıb.