Modern.az

Azərbaycanda koronavirusa yoluxmuş şəxslərdən XƏBƏR VAR

Azərbaycanda koronavirusa yoluxmuş şəxslərdən XƏBƏR VAR

Aktual

3 Mart 2020, 11:20

“Aldığım son məlumata görə Azərbaycanda koronavirusa yoluxmuş 3 şəxsin vəziyyəti stabildir”.

 

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında yaradılmış qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

 

O qeyd edib ki, şəxslərin müalicəsi üçün hər bir şey edilir:

 

“Ümid edirik ki, tez bir zamanda sağalacaqlar”.

 

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 90 927 nəfərə, ölənlərin sayı 3123 nəfərə çatıb.

 

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

 

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

 

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı