Modern.az

Prezident Rövşən Cavadovu ARDNF-in icraçı direktorun müavini təyin etdi - FOTO

Prezident Rövşən Cavadovu ARDNF-in icraçı direktorun müavini təyin etdi - FOTO

Aktual

3 Mart 2020, 12:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

 

Modern.az ARDNF-nun rəsmi saytına istinadən məlumat verir ki, R. Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-in İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

 

ARDNF-in İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark Universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı