Modern.az

Memarlıq və İnşaat Universiteti dezinfeksiya işləri aparılıb - FOTO

Memarlıq və İnşaat Universiteti dezinfeksiya işləri aparılıb - FOTO

Aktual

3 Mart 2020, 14:41

Xəbər  verildiyi kimi, koronavirusla əlaqədar martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

 

Modern.az xəbər verir ki, Nazırlər Kabineti yanında operativ qərargahın verdiyi bu qərar  yoluxma hallarının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədi daşıyır.

 

Həmin qərara əsasən, bu gündən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrasına başlanılıb.

 

Bakı Şəhər Dezinfeksiya Stansiyasının Yasamal şöbəsinin əməkdaşları Universitetin bütün tədris korpuslarında – dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektləri və sanitar qovşağında koronavirusa qarşı dezinfeksiya işləri aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı