Modern.az

Qərb dəli kimi Belarusun üstünə düşüb - Zaxarova

Qərb dəli kimi Belarusun üstünə düşüb - Zaxarova

مورد توجه

6 İyun 2021, 20:28

“Rusiya və Belarus arasındakı normal qarşılıqlı əlaqə NATO-nun planlarına daxil deyil”.

 

Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova NATO baş katibi Yens Stoltenberqin “Rusiya-Belarus əməkdaşlığından narahatıq” açıqlamasına münasibət bildirərkən deyib.

 

“Bu, Qərbin niyə dəli kimi Belarusun üstünə düşməsi ilə bağlı sualın cavabıdır. İki ölkə arasındakı məhsuldar qarşılıqlı əlaqə NATO-nun planlarında yoxdur.

Deməli, qarşılıqlı mənfəətə söykənən inteqrasiyanın təbii inkişafına mane olmaq üçün mütəmadi olaraq ya birinin, ya da digərinin, sonra da eyni vaxtda hər ikisinin daxili işlərinə müdaxilə etmək lazım gəlir”, - Zaxarova bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı