Modern.az

Nazir son 6 ildə məhv edilən terrorçuların sayını açıqladı

Nazir son 6 ildə məhv edilən terrorçuların sayını açıqladı

Güncel

6 İyun 2021, 23:33

Türkiyə təhlükəsizlik qüvvələri bu ilin əvvəlindən 1212 terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

 

Nazir qeyd edib ki, aprelin 23-dən ("Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatların başlama tarixi) bu günə qədər Suriyanın və İraqın şimalında 352 terrorçu zərərsizləşdirilib.

 

Ümumiyyətlə, Türkiyənin terrorizmlə mübarizədə yeni bir mərhələyə başladığı 24 iyul 2015-ci ildən bəri 18 140 terrorçu zərərsizləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı