Modern.az

Sumqayıtda mübahisə ölümlə nəticələndi

Sumqayıtda mübahisə ölümlə nəticələndi

Aktual

6 İyun 2021, 23:46

Sumqayıtda bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

 

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı