Modern.az

Qəbələdəki yanğın davam edir - FHN görüntülər yaydı

Qəbələdəki yanğın davam edir - FHN görüntülər yaydı

Aktual

26 Avqust 2021, 17:34

Xəbər verildiyi kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsinin qeydə alınması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadə xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

 

İlkin məlumata əsasən, ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı