Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, hazırda ölənlərin sayı 200 nəfərə çatıb.
Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.