Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə çempionatında qol hesabını açıb.
Modern.az-ın məlumatına görə, o, 1-ci liqanın III turunda fərqlənib.
Vüsal şərəfini qoruduğu “Keçiörəngücü”nün “Adanaspor”la görüşündə qol sevinci yaşayıb. Təmsilçimiz 52-ci dəqiqədə rəqib qapısına yol tapıb.
O, 2:0 hesablı qələbə qazanan komandasının son qolunun müəllifi olub. Start heyətdə meydana çıxan İsgəndərli 85-ci dəqiqədə əvəzlənib.
Mövsümdə ilk qələbəsini qazanan Ankara təmsilçisi xal hesabını 4-ə çatdırıb. Vüsal hər üç matçda iştirak edib.