Modern.az

Təcili tibbi yardım üçün işçi axtarılır

Təcili tibbi yardım üçün işçi axtarılır

Aktual

31 Avqust 2021, 14:11

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına işə qəbulla bağlı elan verilib.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

 

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

 

Tələb olunan sənədlər:

 

- Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

- Şəxsiyyət vəsiqəsi

- Diplom

- İnternatura vəsiqəsi

- Sertifikat

- Əmək kitabçası

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı