Modern.az

Zərdüşt Əlizadə erməni separatçılarını vecinə almır

Zərdüşt Əlizadə erməni separatçılarını vecinə almır

Aktual

2 Sentyabr 2021, 16:30

Bu gün Ermənistanın millətçi “Daşnaksütyun” partiyası Azərbaycanın Xankəndi şəhərində yeni ofis açıb.

 

Ermənistan mətbuatının yaydığı məlumata görə, mərasimdə Qarabağ separatçılarının sabiq liderləri Bako Saakyan, Arkadi Qukasyan və Ermənistan parlamentində təmsil olunan “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan iştirak ediblər.

 

Maraqlıdır ki, Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri Xankəndidə erməni siyasətçilərin təxribatçı hərəkətlərinə mane olmayıb, əksinə onların açılışa qatılmasına şərait yaradıblar.

 

Siyasi ekspert Zərdüşt Əlizadə daşnakların Xankəndi şəhərində ofis açmalarına münasibət bildirib. O, Modern.az-a açıqlamasında belə addımın narahatlığa səbəb olmadığını söyləyib.

 

“Ermənilər heç kimdir və onlar heç nədirlər. Biz erməni separatçılarının  hər hərəkətinə fikir bildirməli deyilik.  Axı, onlar kimdir ki, biz onlar haqqında düşünək? Azərbaycan xalqına da məsləhət görürəm ki, onları veclərinə almasınlar. Ermənilər ağır məğlubiyyətə uğrayıblar, nə edəcəklərini bilmirlər”, - deyə siyasi ekspert separatçıların hər addımına reaksiya verməyi doğru hesab etmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı