Modern.az

Naxçıvanda yeni publik hüquqi şəxs yaradılıb  

Naxçıvanda yeni publik hüquqi şəxs yaradılıb  

Aktual

3 Sentyabr 2021, 09:01

“Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxs yaradılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

 

Fərmana əsasən, muxtar respublikanın Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin əsasında “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi yaradılıb. Fərmanla həmçinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiqlənib.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı