Modern.az

Tanınmış idman xadimi 80 yaşını qeyd edir

Tanınmış idman xadimi 80 yaşını qeyd edir

Aktual

29 Dekabr 2021, 10:54

Əməkdar bədən tərbiyəsi və idman xadimi Elşad Nərimanovun ad günüdür.

Modern.az saytı xəbər verir ki, bu gün – dekabrın 29-da Elşad Nərimanovun 80 yaşı tamam olub.

 

Elşad Əhməd oğlu Nərimanov 29 dekabr 1941-ci ildə Bakı şəhərində anadan olub.

 

Akrobatika idman növü üzrə 1958-ci ildə idman ustası, 1969-cu ildə Ümumittifaq və 1977-ci ildə Beynəlxalq dərəcəli hakim adlarına layiq görülüb. 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim, 2003-cü ildə dosent vəzifəsində çalışıb.

 

1972-1994-cü illərdə dəmiryolçularının idman akrobatikası üzrə federasiyalarının sədri olub. SSRİ İdman ustası, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülüb, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı