Modern.az

GDU-da Elmi Şuranın iclası

GDU-da Elmi Şuranın iclası

Aktual

29 Dekabr 2021, 14:02

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Sonra birinci məsələ-2021-2022-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı universitetin Tədris Departamentinin rəhbəri Elturan Yusifovun hesabatı dinlənilərək müzakirə edilib.

 

Sonra Pedaqoji, Kimya-biologiya fakültələrinin, eləcə də Təsviri incəsənət, Həndəsə və cəbr, həmçinin İnformatika kafedralarının 5 illik fəaliyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilərək müzakirə olunmuşdur. Fakültələrin və kafedraların 5 illik fəaliyyəti səsə qoyularaq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

 

Universitetdə aparılan struktur dəyişikliyinə əsasən Həndəsə və cəbr kafedrasının İnformatika kafedrası ilə birləşdirilməsi qərara alınmış və səsə qoyularaq təsdiq edilib.

 

Sonra Elvin Atakişiyevin alman dili kafedrasının, Günay Sadıqovanın Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti elmi adını almağa dair vəsatətin qaldırılması ilə bağlı məsələlər  müzakirə olunub.

 

Elmi Şurada Botanika kafedrasının dosenti  Mirzə Həsənova və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Maqbet Əhmədova universitetin “Fəxri Professoru” adlarının verilməsi haqqında qərar qəbul edilib.

 

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı