Modern.az

Azərbaycanda 522 beynəlxalq tədbir keçirilib

Azərbaycanda 522 beynəlxalq tədbir keçirilib

Aktual

29 Dekabr 2021, 16:50

Cari il ərzində ölkə daxilində 27, xaricində isə 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı temin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

 

İkitərəfli əməkdaşlıq planları və NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində xarici ölkələrdə ve Azərbaycanda ümumilikdə 522 beynəlxalq tədbir keçirilib.

 

NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” Missiyasında iştirak eden Azərbaycan Ordusunun sülhməramlı kontingentinin iştirakı cari ilin avqust ayında sona çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı