Modern.az

Qar səbəbindən aviareyslər təxirə salındı

Qar səbəbindən aviareyslər təxirə salındı

مورد توجه

31 Dekabr 2021, 10:01

Yapon dənizi sailləri boyunca yağan güclü qar səbəbindən Yaponiyada onlarla aviareys təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə dekabrın 31-də NHK telekanalı məlumat yayıb. Təxirə salınan reyslərin əsasən paytaxt Tokio ilə Niiqata və Toyama prefekturaları arasında hərəkət etdiyi qeyd edilir.

 

Sinoptiklər güclü qar səbəbindən avtomobil yollarında da tıxacların yaranacağı barədə xəbərdarlıq edirlər.

 

Dekabrın 31-də səhər saat 6-ya olan məlumata görə, Niiqata prefekturasının Tsunan şəhərinə 174, Yamaqata prefekturasının Okura kəndinə isə 155 santimetr qalınlığında qar yağdığı bildirilir.

 

Meteoroloqlar yerli əhalini güclü qar yağması ilə əlaqədar ehtiyatlı olmağa çağırırlar. Qarın güclü küləklə müşayiət olunması nəticəsində yolların donması və nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranacağı barədə xəbərdarlıq edilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı