Modern.az

İki asteroid Yer kürəsinə yaxınlaşır - TƏHLÜKƏ

İki asteroid Yer kürəsinə yaxınlaşır - TƏHLÜKƏ

مورد توجه

1 Yanvar 2022, 10:36

Bu ay ərzində  Yerə doğru iki asteroid yaxınlaşacaq.

Modern.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Səma cisimlərindən biri asteroid 2013 YD48 – Britaniyanın Vestminster sarayının saat qülləsi Biq-Ben ölçüsündədir, ikinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür.

2013 YD48 asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də planetimizdən 5,6 milyon kilometr məsafədə keçəcək. İkinci asteroid yanvarın 18-də Yerdən 0,013 astronomik vahid məsafədə keçəcək.

NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin məlumatına görə, bu, yaxın yanaşmadır.

Qeyd edək ki, məlum olan asteroidlərin heç biri Yerlə toqquşmaq təhlükəsi yaratmır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı