Modern.az

Hacıqabuldakı qəzada ölən və yaralananların adları - YENİLƏNİB

Hacıqabuldakı qəzada ölən və yaralananların adları - YENİLƏNİB

Aktual

1 Yanvar 2022, 13:44

Hacıqabul rayonunda zəncirvari qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

 

Modern.az xəbər verir ki, hadisə 10 nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. 

 

Belə ki, Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib. 


Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğlu, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, 1998-ci il təvəllüdlü Həsənova Pərvin Zeyfun qızı, 2017-ci il təvəllüdlü Məmmədəli Səyid Ramil oğlu, 2015-ci il təvəllüdlü Məmmədəli Fidan Ramil qızı, 2016-cı il təvəllüdlü Məmmədəli Elmira Ramil qızı, 1970-ci il təvəllüdlü Həsənova Rəqiyyə Abdulhəsən qızı, 2010-cu il təvəllüdlü Ələkbərov Hüseyn Elnur oğlu və 1993-cü il təvəllüdlü Həsənov Həsən Mehman oğlu xəsarət alıblar. 
 

***

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.


Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində olub. 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.


Magistiralın 113-cü km-də baş vermiş hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.(APA)

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı