Modern.az

İranda milad bayramını kimlər qeyd edir…

İranda milad bayramını kimlər qeyd edir…

Aktual

1 Yanvar 2022, 16:50

Xristian Milad bayramı hər il İranda qeyd olunur.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda İranda müxtəlif məzhəblərə mənsub 100 mindən çox xristian yaşayır. Ölkədə ən böyük xristian icmaları Assuriya və Erməni kilsələridir.

Paytaxt Tehranda erməni məhəllələri Sarkis adına Kilsənin yerləşdiyi Villa küçəsi ərazisini əhatə edir.

İranda üç mədəniyyət bir-biri ilə sıx bağlıdır: fars zərdüşti, müsəlman və xristian. Və bir çox iranlılar bütün bayramları qeyd etməyi xoşlayırlar: qışda Milad və Şab-e Yalda, yazda Novruz və Pasxa. Bundan əlavə, Rusiyada olduğu kimi, İranda da Milad iki dəfə qeyd olunur: assuriyalılar və katoliklər dekabrda, ermənilər və pravoslavlar isə yanvarda.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı