İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp koronavirusa yoluxub.
Modern.azxəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bu səbəbdən alman mütəxəssis İngiltərə çempionatının 20-ci turu çərçivəsində keçiriləcək "Liverpul" - "Çelsi" oynunda yetirmələrini meydançaya çıxara bilməyəcək.
Bunu Kloppun köməkçisi Pepeyn Leynders edəcək.