Modern.az

Ərdoğan Baxçalı ilə GÖRÜŞDÜ

Ərdoğan Baxçalı ilə GÖRÜŞDÜ

Aktual

5 Yanvar 2022, 18:00

Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Baxçalı ilə görüşüb.

 

Modern.az xəbər verir ki, R.T. Ərdoğan Baxçalını evində ziyarət edib.

 

Tərəflər ölkə gündəmini, siyasətin əsasən də iqtisadiyyatın son gündəliyində duran mühüm məsələləri və gözlənilən bəzi qanun layihələrini müzakirə ediblər.

 

AK Partiya sözçüsü Ömər Çelik görüşü şərh edərək, deyib ki, Ərdoğan-Baxçalı görüşü hakimiyyət koalisiyasının ritmi və təbiətinə uyğun şəkildə davam edir.

 

Görüş zamanı Ərdoğan Baxçalıya onun məktəb illərinə aid qızıl çərçivəli jurnal hədiyyə edib.

 

İki lider son dəfə ötən il noyabrın 17-də görüşüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı