Modern.az

Qazaxıstanda məktəblilərin qış tətilinin müddəti UZADILDI

Qazaxıstanda məktəblilərin qış tətilinin müddəti UZADILDI

Aktual

6 Yanvar 2022, 12:38

Qazaxıstanın Elm və Təhsil Nazirliyi ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar olaraq məktəblilərin qış tətilini yanvarın 17-dək uzatmağı qərara alıb.

 

Modern.az Qazaxıstan KİV-inə istinadla xəbər verir ki, kollec və universitet tələbələri üçün ikinci semestr yanvarın 24-dən başlayacaq. Uşaq bağçaları və məktəbəqədər müəssisələr normal rejimdə işləməyə davam edir.

 

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, kütləvi iğtişaşlar nəticəsində 1000 nəfərdən çox insan zərər çəkib, onlardan 400-ə yaxını xəstəxanaya yerləşdirilib.

 

Ölkə Prezidenti Qasım-Jomart Tokayev iğtişaşların səbəblərini müəyyənləşdirmək və bütün təqsirkarları məsuliyyətə cəlb etmək üçün istintaq qrupu yaratmağa tapşırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı