Modern.az

"Statistika dairəsi"ndə YENİLİK

Aktual

10 Yanvar 2022, 10:11

Bakı şəhərində piyadaların rahatlığı, təhlükəsizliyi və müyəssəriliyinin artırılması ilə bağlı işlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, bu çərçivədə yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq İnşaatçılar prospektində əlçatanlıq səviyyəsi daha da artırlıb.

 

Belə ki, "Statistika dairəsi" ətrafında əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.


Məlumat üçün bildirək ki, ötən il ümumilikdə 25-dən artıq küçə və prospektdə pandus inşa edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı