Modern.az

Sənədsiz ov tüfəngləri müsadirə olundu

Sənədsiz ov tüfəngləri müsadirə olundu

Aktual

18 Yanvar 2022, 14:00

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı, birinin qundağı və lüləyi kəsilmiş, ümumilikdə, 3 ədəd tüfəng aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı