Goranboy sakini minaya düşüb.
Modern.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. O xəstəxanaya yerləşdilib və ayağı amputasiya edilib.
Hazırda vəziyyəti orta ağırdır.