Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanı tərk ediblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Qeyd olunub ki, KTMT-nin sonuncu Rusiya sülhməramlıları dörd təyyarə ilə Qazaxıstandan çıxıblar. Bununla da Qazaxıstanda KTMT sülhməramlısı qalmayıb.