Modern.az

Anasını baltalayan oğul axtarılır - FOTO

Anasını baltalayan oğul axtarılır - FOTO

Aktual

19 Yanvar 2022, 12:56

Xaçmazda anasını balta ilə qətlə yetirən Ramiz Sultanovun axtarışı davam etdirilir.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, yanvarın 13-ü Xaçmaz rayonunun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

"Ramiz Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq", - məlumatda qeyd edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı