“Öz haqq səsini ucaldan dinc əhaliyə qarşı törədilən cinayət dəyərlərə və humanizmə qarşı törədilən cinayətdir”.
Modern.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.
“20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda mübarizə əzmini nümayiş etdirdi. 20 Yanvar qəhrəmanlarına Allah rəhmət eləsin!”, - pakistanlı diplomat vurğulayıb.