Modern.az

20 Yanvar qurbanlarının xatirəsi Goranboyda anıldı

20 Yanvar qurbanlarının xatirəsi Goranboyda anıldı

Aktual

20 Yanvar 2022, 14:40

20 Yanvar faciəsinin 32-cu ildönümü ilə bağlı Goranboy rayonunda anım tədbirləri keçirilib.

 

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun  digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimaiyyət nümayəndələri ilə birgə, rayonun Muzdurlar kəndində  20 Yanvar şəhidi İlqar Kərimovun məzarını ziyarət etdi, Şəhidin ailə üzvləri ilə görüşdü, Şəhidin ruhuna dualar oxundu.
Sonra tədbir Goranboy şəhəri Şəhidlər Xatirə Kompelksində davam etdirildi, Şəhidlərin büstləri önünə qərənfillər düzülüb.

 

Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı