Modern.az

Ekologiya nazirinin müavini korrupsiyaya görə saxlanıl

Ekologiya nazirinin müavini korrupsiyaya görə saxlanıldı

Aktual

26 Yanvar 2022, 10:11

Qazaxıstanın ekologiya nazirinin müavini Axmetjan Primkulov və “Operator ROP” şirkətinin rəhbəri Medet Kumarqaliyev korrupsiyada şübhəli bilinərək saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Kazinform”  məlumat yayıb.


“Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ekologiya, geologiya və təbii sərvətlər nazirinin müavini Axmetjan Primkulov və “Opetrator ROP” şirkəti İdarə Heyətinin sədri Medet Kumarqalievin saxlanmasını təsdiqləyir. Onlar korrupsiya cinayətləri törətməkdə şübhəli bilinirlər”, - deyə Agentlikdən bildirilib.

Hər iki şəxs Nur-Sultan şəhərinin təcridxanasına yerləşdirilib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı