Modern.az

Bu kəndlərin elektrik enerjisi şəbəkəsi yenidən qurulacaq - VİDEO

Bu kəndlərin elektrik enerjisi şəbəkəsi yenidən qurulacaq - VİDEO

Aktual

26 Yanvar 2022, 10:05

“Azərişıq” ASC bu ildən ölkənin regionlarında start verdiyi yeni layihə çərçivəsində Şəki və Neftçalanın ümumilikdə 8 kəndinin elektrik enerjisi şəbəkəsini yenidən quracaq.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Məlumata görə, bunlar Şəki rayonunun Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl, Neftçala rayonunun Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndləridir.

 

Belə ki, Şəkidə 1 826 abunəçinin yaşadığı kəndlərdə 41 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 95 km-a yaxın 10 kV-luq, 103 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abunəçilərin sayğacları yenilənəcək.

 

Neftçalada isə 714 abunəçinin yaşadığı kəndlərdə 15 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 28 km-dan çox 10 kV-luq xətt, 46 km-dan çox 0,4 kV-luq elektrik xətləri və abunəçilərin sayğacları yenilənəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı