Modern.az

Nazir daha bir federasiyaya baş çəkdi

Nazir daha bir federasiyaya baş çəkdi

Aktual

26 Yanvar 2022, 20:41

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, gənc idmançılarla görüşən F.Qayıbov onların dənizdə məşqlərini izləyib. Federasiya prezidenti Qüdrət Qurbanov görülən işlər barədə məlumat verib.

 

Görüş zamanı idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimat olub, bu idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb.

 

Görüşdə nazir müavini Mariana Vasileva və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov da iştirak ediblər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı