Bu gün səhər saatlarında Ermənistanda zəncirvari qəza baş verib.
Modern.az xəbər verir ki, Sevan-İrəvan magistral yolunda 20-yə yaxın avtomobil toqquşub.
Hadisə yerinə fövqəladə vəziyyət briqadaları, həkim və polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, qəzaya qeyri-sabit hava şəraiti səbəb olub.