Modern.az

Sənaye zonalarında ixracın həcmi 2,7 dəfə artıb

Sənaye zonalarında ixracın həcmi 2,7 dəfə artıb

Aktual

27 Yanvar 2022, 16:10

2021-ci ilin sonuna Azərbaycanın sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 959,3 mln. manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

 

Nazir qeyd edib ki, ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8%-ə çatıb ki, bu da 2020-ci il (11,4%) və 2019-cu il (9,6%) ilə müqayisədə daha yüksək göstəricidir.

“Qeyri-neft sənaye ixracında həmin göstərici 30,8% təşkil edir”, - M. Cabbarov əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı