II dərəcəli dövlət qulluqçusu Babayev Hacıbaba Adil oğlu Binəqədi Rayon İcra Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Hacıbaba Babayev bundan əvvəl Binəqədi RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhədçi kimi çalışıb.