Modern.az

Türk Akademiyası ilə YUNESKO-nun Türkiyə Milli Komissiyası arasında əməkdaşlıq

Türk Akademiyası ilə YUNESKO-nun Türkiyə Milli Komissiyası arasında əməkdaşlıq

Aktual

28 Yanvar 2022, 11:37

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Dr. Füzuli Məcidli UNESCO Türkiyə Milli Komissiyasının sədri Prof. Dr. M. Öcal Oğuzu ofisində ziyarət edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı tərəflər UNESCO məsələləri üzrə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, məsləhətləşmələr aparıblar.

 

Öcal Oğuz Türk Akademiyasının YUNESKO çərçivəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini bildirib və UNESCO-da Türk Dili Gününün müəyyən edilməsində Akademiyanın dəstəyinə önəm verdiklərini qeyd edib.

 

Dr. Füzuli Məcidli Beynəlxalq Türk Akademiyasının YUNESKO çərçivəsində fəaliyyətini davam etdirmək əzmində olduğunu bildirib və bu məsələdə YUNESKO-nun Milli Komissiyaları ilə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Sonda Akademiyanın nəşrləri Prof. Dr. M. Öcal Oğuza təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı