Modern.az

Müharibəyə görə “Telegram”da problem yarandı

Müharibəyə görə “Telegram”da problem yarandı

Актуально

24 Fevral 2022, 17:33

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlaması sosial şəbəkələrdə aktivliyin normadan daha çox olmasına gətirib çıxarıb. Bu səbəblə “Telegram”da bəzi problemlər yaşanıb.

 

Modern.az xəbər verir ki, mövcud problemlə əlaqədar sosail şəbəkənin yaradıcısı Pavel Durov rəsmi “Telegram” hesabında açıqlama yayımlayıb.


“Bugünkü hadisələrə görə, “Telegram” görünməmiş bir yüklə üzləşib. Nəticədə bəzi istifadəçilər bir sıra xidmətlərdə qısamüddətli fasilələrlə üzləşiblər. Biz başa düşürük ki, bu gün insanların yaxınları ilə etibarlı ünsiyyətə həmişəkindən daha çox ehtiyacı var, biz mesajların göndərilməsi və qəbulu sürətini yüksək saxlamaq üçün əlimizdən gələni edirik”, - deyə “Telegram”ın qurucusu bildirib.

 

Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı